Bakı. Trend:
Avropa İttifaqı ABŞ Prezidenti Donald Trampın avqustun 1-dən Aİməhsullarına tətbiq etməyi planlaşdırdığı yeni və yüksək gömrükrüsumlarına qarşı razılıq əldə olunmazsa, ABŞ-yə qarşı 93 milyardavroluq əks rüsumlar paketi hazırlayıb.
Trend-in Almaniyamətbuatına istinadla yaydığı məlumata görə, ABŞ məhsullarına qarşınəzərdə tutulan 30%-dək gömrük rüsumlarının siyahısı Aİ-nin 27 üzvölkəsi arasında razılaşdırılıb. Əgər ABŞ ilə bu məsələ üzrə razılıqəldə olunmazsa, cavab tədbirləri avqustun 7-dən qüvvəyə minəbilər.
Hazırda Aİ və ABŞ transatlantik ticarət münaqişəsinin daha dadərinləşməsinin qarşısını almaq məqsədilə danışıqları davametdirir. Tramp iki həftə əvvəl Aİ məhsullarına qarşı rüsumlarıntətbiq olunacağını elan etmiş və Aİ-yə cavab tədbirlərindənçəkinməsi barədə xəbərdarlıq etmişdi.
Buna baxmayaraq, Aİ-nin cavab tədbirləri ABŞ-ın planlaşdırdığırüsumlarla müqayisədə daha yumşaqdır. ABŞ-nin 30% rüsum tətbiqi Aİməhsullarının təxminən 370 milyard avroluq hissəsinə təsirgöstərəcək ki, bu da transatlantik ticarətə ciddi zərbəvuracaq.
Avropa Komissiyası ABŞ ilə razılığa gəlmək üçün bütün səylərigöstərdiyini və kompromisin yaxın vaxtlarda əldə olunacağına ümidetdiyini bəyan edib.