BAKI, 25 iyul. TELEQRAF
Ukraynanın "Aleksandriya" klubunun futbolçuları UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Serbiya "Partizan"ı ilə oyunda rəqiblə görüşməkdən imtina ediblər.
Teleqraf xəbər verir ki, oyunda belqradlılar 2:0 hesabı ilə qalib gəliblər.
İddia olunur ki, ukraynalı futbolçularının belə reaksiyasına “Partizan”ın Moskvada keçirilən “Bratsky Cup 2025” yoldaşlıq turnirində iştirakı səbəb olub.
“Partizan” və “Aleksandriya” arasında cavab oyunu iyulun 31-i Belqradda baş tutacaq.