ain.az bildirir, Oxu.az saytına əsaslanaraq.
Rusiyada ABŞ-nin "Mars" şirkətinin şirniyyatları artıq satışda olmayacaq.
Oxu.Az bu barədə RBC.ru-ya istinadən məlumat verib.
Məlumata əsasən, "X5 Group şirkəti "Mars" şirkətinin istehsal etdiyi "Snickers", "Mars", "Bounty", "Milky Way", "Twix" şokoladları, "M&M's" və "Skittles" konfetlərinin tədarükünü dayandırır.
Eyni zamanda "Orbit" və "Eclipse" saqqızlarının tədarükü də dayandırılacaq.
Bu qərara səbəb kimi, "Mars"ın Rusiyadakı törəmə şirkətinin satış qiymətlərini həddindən artıq şişirtməsi göstərilib.
Artıq "Mars" şirkəti vəziyyətin mümkün həllini tapmaq üçün məsələnin həllinə səy göstərildiyini açıqlayıb.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.