ain.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.
Belarus Prezidenti Aleksandr Lukaşenko Estoniya tərəfindən onun ölkəyə girişini qadağan edən sanksiyalara ironik reaksiya verib.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə prezidentin mətbuat katibi Natalya Eysmont məlumat verib.
“Prezidentin bugünkü “səs-küylü” xəbərə münasibətindən danışa bilərəm. Prezident sözbəsöz bunu dedi: “Heç vaxt, “təəssüf ki”, Estoniyada olmamışam... Və sanksiyaların tətbiqindən sonra fikirləşirəm - görəsən, həyatda qala biləcəm?” - deyə Eysmont bildirib.
Qeyd edək ki, Estoniya hökuməti Belarusun 273 vətəndaşının, o cümlədən Prezident Aleksandr Lukaşenkonun ölkəyə girişinə həmişəlik qadağa qoyulması barədə qərar qəbul edib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.