Bakı. Trend:
Bir neçə ölkədə Starlink peyk interneti istifadəçiləri kütləvinasazlıqlardan şikayətləniblər.
Trend-in"Downdetector" xidmətinə istinadən verdiyi məlumata görə,şikayətlərin 60%-i internetin işləməməsi, 40%-i isə əlaqənintamamilə kəsilməsi ilə bağlıdır.
Xüsusilə ABŞ-da təxminən 63.000 istifadəçi Starlink-dəfasilələrin baş verdiyini bildirib. Kanadada bu rəqəm 13 mini,Almaniyada isə 11 mini keçib.
Həmçinin Böyük Britaniya, Avstraliya, Meksika, Argentina, Çilivə Braziliya kimi ölkələrdə də genişmiqyaslı fasilələr qeydəalınıb.