AZ

Moldova çempionatında türk klubu çıxış edəcək

BAKI, 25 iyul. TELEQRAF

Gələn həftə start götürəcək Moldovanın I liqasında türk klubu çıxış edəcək.

Teleqraf yerli mətbuata istinadən xəbər verir ki, I liqa təmsilçisi “Speranis” klubu II liqada mübarizə aparan “Oğuzspor”la birləşib.

Klublar birləşdikdən sonra komandanın adı da dəyişdirilib.

Yeni klub türk adını daşıyacaq. “Oğuz” adlandırılan komanda Moldovanın yüksək liqasına vəsiqə uğrunda mübarizə aparacaq.

Seçilən
113
teleqraf.com

1Mənbələr