AZ

Ermənistan Zəngəzur dəhlizini ABŞ-a icarəyə vermək fikrindən yayındı

“Ermənistan Sünikdən keçən 42 kilometrlik dəhlizi icarəyə vermək fikrindən yayınıb.”

 

Bunu Ermənistanın “Mülki müqavilə” fraksiyasından olan deputatı Arman Eqoyan deyib.

 

“Sünik rayonundan keçən dəhlizin icarəyə verilməsi ideyası ABŞ tərəfindən irəli sürülüb. Lakin Ermənistan bu formatı qəbuledilməz hesab edib. Biz riski funksiyaların özlərində deyil, icarədə gördük. Bu, suverenlik məsələlərində güzəştlərə səbəb ola bilər. Bu variant bizim üçün qəbuledilməz idi", - o qeyd edib.

 

Deputatın sözlərinə görə, tərəflər arasında fikir mübadiləsi aparılıb, lakin Ermənistan tərəfinin imtinasından sonra müzakirəyə son qoyulub.

 

APA

Tarix: 25 İyul 2025, 04:14   
Seçilən
90
50
pravda.az

10Mənbələr