Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp ölkəsinin xarici investisiyalarmüqabilində digər ölkələr üçün gömrük tariflərini azaltmağa hazırolduğunu bildirib.
Trend xəbər verirki, bunu Tramp jurnalistlərin belə sövdələşmələrin mümkünlüyü iləbağlı sualı cavablandırankən deyib.
“Bəli, təbii ki, icazə verərdim ki, digər ölkələr daha aşağıtariflər üçün ödəniş etsinlər”, - deyə, Tramp bildirib.
Prezident nümunə olaraq ABŞ və Yaponiya arasında iyulun 22-dəelan edilən razılaşmaları göstərib. Trampın sözlərinə görə,Yaponiya ABŞ-yə 550 milyard dollar sərmayə yatıracaq və bununmüqabilində ABŞ-ın Yaponiyadan idxal etdiyi məhsullara tariflər 28faizdən 15 faizə endiriləcək.
“Yaponiya nə etdi? Onlar özlərinə tarif endirimi aldılar. Bizə550 milyard dollar verdilər, bu da rüsumları bir qədər aşağı saldı.Bu, kredit və ya buna bənzər bir şey deyil. Mən bunu ticarətmüqaviləsinin imzalanması mükafatı adlandırıram”, – Trampbildirib.
Əgər bu sərmayələr olmasaydı, Trampın sözlərinə görə, Yaponiyamallarına tətbiq ediləcək idxal tarifləri 28 faiz olacaqdı.
Qeyd edək ki, 2024-cü ilin sonuna ABŞ və Yaponiya arasındaticarət dövriyyəsi 227,9 milyard dollar təşkil edib. Bunun 79,7milyard dolları ABŞ-dan Yaponiyaya, 148,2 milyard dolları isəYaponiyadan ABŞ-a ixracın payına düşüb.