Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəsinin hər ehtimala qarşı müharibəyə hazırlaşdığını bildirib, lakin eyni zamanda silahlı münaqişəyə qoşulmaq istəmədiyini vurğulayıb.
“Müharibə başlasa, siz qızlar heç olmasa taxıl biçməyə gedəcəksiniz. Hazır olun”, – o, Minsk vilayətinin Smoleviçi rayonuna səfəri zamanı jurnalistlərlə söhbətində bildirib.
“Ümid edirik, müharibə olmayacaq”, - Jurnalistlərdən biri ona sual verib:
“Mən də ümid edirəm. Amma hər ehtimala qarşı hazırlaşırıq,” – Lukaşenko cavabında deyib.
Lukaşenko 2024-cü ilin sentyabrında da Belarusun müdafiə qabiliyyətini gücləndirməsinin vacibliyini söyləyib.
O bildirmişdi ki, Belarus torpaqlarına hər hansı hücum üçüncü dünya müharibəsinin başlanğıcı olacaq.
N.Təbrizli