AZ

Ermənistanda daha bir Rusiya hərbçisi öldürüldü...-FOTO

İyulun 24-də saat 20:30 radələrində Ermənistan Respublikası Daxili İşlər Nazirliyinin Kriminal Polisinin Baş İdarəsinin Şirak rayon Cinayətkarlıqla Mübarizə İdarəsinə Gümrü şəhərinin Muş-2 rayonunda bulvarın 1-ci xiyabanında, yarımtikili binanın yanında meyit olması barədə əməliyyat məlumatı daxil olub.
 
Moderator.az xəbər verir ki, shamshyan.com -un məlumatına görə , kriminal polis əməkdaşları və patrul əməkdaşları qeyd olunan bədəni iti cisimlə kəsilmiş kişi meyitini aşkar ediblər.
 
İlkin məlumata görə, mərhum Ermənistanda yerləşən 102-ci Rusiya hərbi bazasında xidmət edirmiş.
 
Mənbənin məlumatına görə, ölən Rusiya vətəndaşı 24 yaşlı Antonenko K.-dır.
 
Xatırladaq ki, son vaxtlar Rusiya bazasında ölüm və intihar halları artıb.
Seçilən
27
moderator.az

1Mənbələr