AZ

ABŞ Makronun Fələstini tanımaq təşəbbüsünü rədd edir

Birləşmiş Ştatlar Fələstin dövlətini tanımaq niyyətində olan Fransanı dəstəkləmir.

Operativ Media xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio deyib.

“Birləşmiş Ştatlar Makronun BMT Baş Assambleyasında Fələstin dövlətini tanımaq planını qətiyyətlə rədd edir”, – deyə o, "X" sosial şəbəkəsində yazıb.

Dövlət katibi Parisin bu qərarını ehtiyatsız adlandırıb və əlavə edib ki, bu addım “yalnız HƏMAS-ın təbliğatına xidmət edir”.

İyulun 24-ü axşam saatlarında Fransa prezidenti Emmanuel Makron BMT Baş Assambleyasının sentyabrda keçiriləcək sessiyasında ölkəsinin Fələstin dövlətini rəsmən tanıyacağını bəyan edib. Onun sözlərinə görə, “hazırda ən vacib məsələ Qəzzada müharibəni dərhal dayandırmaq və mülki əhaliyə yardım göstərməkdir”.

Makron, həmçinin, Fələstin tərəfindən HƏMAS hərəkatının demilitarizasiyasını, təhlükəsizliyin təmin olunmasını və Qəzzanın bərpasını dəstəklədiyini bildirib. Onun fikrincə, Fələstin dövlətinin həyat qabiliyyətinə zəmanət vermək, onun demilitarizasiyasını qəbul etmək və İsraili tam şəkildə tanımaqla bu dövlətə Yaxın Şərqdə bütün xalqların təhlükəsizliyinə töhfə vermək imkanı yaradılmalıdır.

Seçilən
82
10
operativmedia.az

10Mənbələr