AZ

Cənubi Koreya ABŞ-yə 100 milyard dollarlıq sərmayə təklif etməyi planlaşdırır

Bakı. Trend:

Cənubi Koreya ABŞ ilə aparılan tarif danışıqları çərçivəsində100 milyard dollar dəyərində investisiya təklifi irəli sürməyiplanlaşdırır.

Trend xəbər verirki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Bildirilir ki, hazırda Vaşinqtonda səfərdə olan Cənubi Koreyanınticarət nümayəndə heyəti sözügedən təklifi iyulun 24-nə nəzərdətutulan “2+2” formatlı görüşdə təqdim etməli idi. Lakin ABŞ-ninmaliyyə naziri Skot Besentin təcili işi ilə əlaqədar görüş təxirəsalınıb.

Təklif olunan sərmayə paketinə “Samsung”, “SK Group”, “HyundaiMotor” və “LG Group” kimi Cənubi Koreyanın aparıcı sənayeşirkətlərinin ABŞ-də həyata keçirmək istədiyi investisiya planlarıdaxildir.

Cənubi Koreya Maliyyə Nazirliyinin məlumatına görə, təxirəsalınmış görüşdə ABŞ tərəfdən maliyyə naziri Skot Besent və ticarətnümayəndəsi Ceymison Qrir, Koreya tərəfdən isə maliyyə naziri KooYun-çeol və ticarət naziri Yeo Han-koo iştirak etməli idi. HazırdaKoreya nümayəndələri görüşün yeni tarixinin müəyyənləşdirilməsinigözləyirlər.

Qeyd edək ki, bu addım Yaponiyanın oxşar təşəbbüsündən sonraatılır. ABŞ Prezidenti Donald Tramp iyulun 23-də Yaponiyaməhsullarına idxal rüsumlarını 25 faizdən 15 faizə endirmək barədərazılaşma əldə etdiklərini bildirib. Bunun müqabilində Tokio ABŞ-a550 milyard dollar sərmayə qoymağı, həmçinin öz avtomobil və kəndtəsərrüfatı bazarlarını amerikalı şirkətlər üçün daha açıq etməyiöhdəsinə götürüb.

Tramp administrasiyasının genişmiqyaslı tarif siyasətinə cavabolaraq, Cənubi Koreya şirkətləri də ABŞ-də investisiya imkanlarınıgenişləndirməyə maraq göstərir. Məsələn, “Hyundai Motor” 2028-ciilə qədər ABŞ-də 21 milyard dollar, “Samsung Electronics” ən azı 37milyard dollar, “SK hynix Inc” isə 3,87 milyard dollar investisiyayatırmağı planlaşdırır.

Seçilən
67
az.trend.az

1Mənbələr