Netflix bu payız başa çatan şahzadə Harri və Meqan Marklla 100 milyon dollarlıq məzmun müqaviləsini yeniləməkdən imtina edib. Bu barədə ABŞ mediası xəbər verib.
2020-ci ildən başlayan əməkdaşlıq böyük uğurlar və Hollivud şöhrəti vədləri ilə təqdim olunsa da, reytinqlər gözləntiləri doğrultmayıb. Meqanın şousu Netflix-də yalnız 383-cü yerdə qərarlaşıb, Harrinin polo sənədli filmi isə 3000-ci yerdən aşağı düşüb.
Mənbələrin sözlərinə görə, qərar tərəflərin razılığı ilə verilib.
“Heç bir inciklik yoxdur. Sadəcə artıq maraq qalmayıb”, – bir mənbə bildirib.
Bu addım, cütlüyün 2023-cü ildə Spotify ilə müqaviləsinin ləğvindən sonra baş verib.
Kaliforniyada lüks malikanədə yaşayan cütlüyün maliyyə vəziyyətinin pisləşdiyi bildirilir.
N.Təbrizli