Dərmanların təsiri bəzi qida və içkilərlə qarşılıqlı əlaqəyə girərək dəyişə bilər.
Pravda.az bildirir ki, bəzi qidalar dərmanların təsirini azalda, artıra və ya zərərli təsirlərə səbəb ola bilər.
Alkoqol – Antidepresan və antihistamin kimi bəzi dərmanlarla birlikdə alkoqol istifadə etmək yuxululuğu artıra bilər. Alkoqol, bəzi dərmanlarla birlikdə ürək döyüntüsü və qusma kimi təsirlərə səbəb ola bilər.
Qreyfurt – Tərkibindəki furanokumarin adlı maddə səbəbilə 100-dən çox dərmanla təhlükəli qarşılıqlı təsir yarada bilər. Məsələn, bəzi təzyiq və xolesterol dərmanlarının təsirini 13 dəfə artıra bilər.
Yaşıl yarpaqlı tərəvəzlər və quru ərik – K vitamini ilə zəngin olan bu məhsullar qan durulaşdırıcı dərmanların (məsələn, Varfarin) təsirini azalda bilər. Qidalanmada ani dəyişikliklərdən qaçınmaq məsləhətdir.
Meyan kökü – Tərkibindəki glisirizin maddəsi kalium səviyyəsini azaldaraq ürək ritmini poza və təzyiqi yüksəldə bilər.
Maya ekstraktı, fermentləşdirilmiş və duzlu qidalar, köhnəlmiş pendirlər – Bu məhsullarda olan tiramin adlı maddə bəzi antidepresanlarla (MAOI) birlikdə yüksək təzyiq, baş ağrısı və hətta iflic riskini artıra bilər.
Çay və qəhvə – Demir preparatlarının qəbulundan əvvəl və sonra bu içkilərdən uzaq durmaq tövsiyə olunur, çünki dəmirin sorulmasını azaldır. Ən yaxşı nəticə üçün ac qarına və C vitamini ilə birgə qəbul tövsiyə olunur.
Mütəxəssislər dərman istifadəsində qida qarşılıqlı təsirlərinə diqqət yetirməyi, qutudakı təlimatları oxumağı və şübhə olduqda mütləq həkim və ya əczaçıya müraciət etməyi tövsiyə edirlər.
Əminə Bayramova