Şirvan Apellyasiya Məhkəməsində seksual xarakterli zorakılıq hərəkətləri etməkdə və seksual xarakterli hərəkətlərə məcbur etmədə təqsirləndirilən Nahid Quliyev və Rizvan Balayevin (hər iki şəxsin adları, soyadları şərtdiri) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Habil Bəhmənovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
İttihama görə, 2008-ci il təvəllüdlülər - Nahid Quliyev və Rizvan Balayev cinsi ehtiraslarını pozğun formada təmin etmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib 14 yaşına çatmayan - 2010-cu il təvəllüdlü, zərərçəkmiş S.S.-i (adı, soyadı şərtidir) 2023-cü ilin avqust ayında istintaqa və məhkəməyə məlum olmayan gündə və vaxtda iki dəfə, həmin ilin sentyabr ayında isə bir dəfə Astara rayonu ərazisində yerləşən orta məktəblərinin birinin sinif otağında və zirzəmisində zor tətbiq ediblər. Onlar qızın qollarını arxada tutub sıxıb, sillə ilə vuraraq müqavimət imkanlarından məhrum edib və seksual xarakterli zorakılıq hərəkətləri ediblər.
Bundan başqa, Nahid zərərçəkmiş şəxs şəxsin həyatının sirri olan məlumatları əks etdirən videoçəkliş materiallarının başqasına verilməsi və qanunsuz toplanması məqsədi ilə digər Rəhmanın S.S.-ə qarşı təkrar seksual xarakterli digər zorakılıq hərəkətlərini məhkəməyə məlum olmayan tarixdə və vaxtda icra edən zaman öz telefonu ilə video çəklişini edərək qanunsuz toplayıb. 2024-cü ilin yanvar ayının sonlarında isə həmin videoçəkliş materiallarını telefon vasitəsi ilə Rəhmana göndərib başqasına verməklə S.S.-in şəxsi həyatının toxunulmazlığı hüququnu pozub.
Bundan başqa, hər iki şəxs 2024-cü ilin fevral və mart aylarında istintaqa və məhkəməyə məlum olmayan gündə və vaxtda iki dəfə və 06 aprel 2024-cü il tarixdə istintaqa məlum olmayan vaxtda bir dəfə sözügedən məktəbinin sinif otağında və zirzəmisində zərərçəkmiş şəxsə qarşı seksual xarakterli zorakılıq hərəkətləri ediblər.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nahid Quliyev və Rizvan Balayevin hər biri 10 il müddətinə azadlıqdan məhrum edilib.
Kamal Məmmədov