AZ

Binanın blokunda qadına basqın edən şəxsə 8 il HƏBS CƏZASI

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən İsrail Bayramovun (ası, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ona 8 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

 

İttihama görə, hadisə ötən il Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən 15 saylı binanın 2-ci blokunun 2-ci mərtəbəsində qeydə alınıb.

 

Belə ki, 1977-ci il təvəllüdlü İsrail Bayramov zərərçəkmiş Səmayə Səmədovaya (adı, soyadı şərtidir) kömək etmək adı ilə yaxınlaşıb. Sonra o, üzərində gəzdirdiyi mətbəx bıçağı ilə qadının boğazına dirəyib boyun nahiyəsinin səthi kəsilmiş yarası kimi sağlamlığına zərər vurmayan xəsarət yetirib. Təqsirləndirilən şəxs Səmayə Səmədovaya basqın edərək onun qulağında olan 800 manat dəyərində 1 cüt qızıl sırğanı çıxarıb alaraq ərazidən uzaqlaşıb.

 

Hadisədən sonra İsrail Bayramov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

 

Kamal Məmmədov

Tarix: 25 İyul 2025, 08:18   
Seçilən
21
pravda.az

1Mənbələr