Bakı, 25 iyul, AZƏRTAC
Qlobal iqtisadiyyat sürətli restrukturizasiya yaşayır.
AZƏRTAC xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Almaniyanın iqtisadiyyat və energetika naziri Katerina Rayxe bildirib.
Onun sözlərinə görə, adi formada qloballaşma keçmişdə qalıb. Çünki ölkələr cəza kimi tariflər tətbiq edir, həm də qarşıdurma rəhbər prinsip kimi konsensusu əvəz edib. Eyni zamanda, çoxtərəflilik və onu təcəssüm etdirən institutlar uzun müddətdir ki, islahatları həyata keçirməkdən imtina edirdilər və son nəticədə etibarı itiriblər.
Nazir bildirib ki, indi radikal nəticələr gözləmək lazımdır. O, əmindir ki, proteksionizm millətçiliklə birlikdə dövlətlərin yenidən inhisarçılıqdan güc siyasətinin aləti kimi istifadə etdiyi dünya yaradıb.
“Lakin əvvəlki onilliklərdən fərqli olaraq bu, daha sərt, güzəştsiz və ardıcıl şəkildə baş verir”, - deyə Rayxe vurğulayıb.
Araşdırmaya görə, almanların 60,4 faizi hesab edir ki, son on ildə Almaniyada həyat səviyyəsi aşağı düşüb.