AZ

Yer kürəsi təxminən 720 milyon il əvvəl niyə tamamilə buzla örtülüb?

Təxminən 700 milyon il əvvəl Yer kürəsinin tamamilə donduğu, hətta tropik bölgələrdə belə açıq okean və göllərin demək olar ki, qalmadığı güman edilir...

Alimlərin fikrincə, bu dövrdə planet tam buzla örtülmüş “qar topuna” çevrilmişdi. Bəs bu dramatik iqlim dəyişikliyinə nə səbəb olmuşdu?

Poliqon xəbər verir ki, bu barədə tədqiqatın nəticələri "Geophysical Research: Planets" jurnalında dərc olunub. yeni bir tədqiqatın nəticələrinə görə, bu donmanın əsas səbəbləri soyuq iqlim və genişmiqyaslı vulkan püskürmələri olub. Təxminən 720 milyon il əvvəl baş vermiş Franklindən vulkan püskürməsi nəticəsində Alyska ərazisindən başlayaraq, Şimali Kanada və Qrenlandiyaya qədər uzanan nəhəng bir ərazi təzə vulkanik süxurlarla örtülmüşdü.

Bənzər püskürmələr Yer tarixində başqa dövrlərdə də baş verib, lakin bu hadisə artıq soyuq olan iqlimlə üst-üstə düşmüşdü. Həmçinin həmin dövrdə Yer üzərində bitkilər hələ inkişaf etmədiyindən, geniş ərazilər təzə süxurlarla örtülmüşdü və bu süxurlar güclü aşınmaya məruz qalmışdı.

Süxurların aşınması zamanı baş verən kimyəvi reaksiyalar atmosferdəki karbon qazını udaraq onun miqdarını azaldır. Alimlər bu prosesi iqlim modelləri ilə araşdıraraq müəyyən ediblər ki, bu miqyasda sürətli eroziya Yer atmosferindəki karbon qazını o qədər azaltmışdı ki, planetin temperaturu kəskin şəkildə düşərək Yer kürəsini tamamilə dondurmuşdu.

Araşdırmada qeyd olunur ki, Yer tarixində başqa vaxtlarda baş vermiş eyni miqyaslı vulkan püskürmələri "qar topu" effekti yaratmayıb. Çünki həmin dövrlər ya iqlim daha isti olub, ya da bitki örtüyü eroziyanı yavaşıdıb.

Poliqon.info

Seçilən
27
poliqon.info

1Mənbələr