AZ

Starlink peykləri Ukraynanın cəbhə xətti boyunca 2 saat işləməyib

Azpost saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Starlink sputnik peykləri Ukraynanın bütün cəbhə xətti boyunca 2,5 saat ərzində sönüb.

AzPost bildirir ki, buna görə, İlon Mask üzr istəyib.

Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemləri Qüvvələrinin komandanı Robert Brovdı iyulun 24-də axşam yazıb: “Starlink bütün cəbhə boyu işləmir”. Onun sözlərinə görə, peyklərin fəaliyyəti 2,5 saatdan sonra bərpa edilib və bütün bu müddət ərzində döyüş əməliyyatları yayımsız aparılıb.

Hadisədən sonra hərbçi kommunikasiyanı şaxələndirməyə çağırıb.

Starlink-in vitse-prezidenti Maykl Nikols peyklərin 2,5 saat davam edən qlobal fasilə ilə üzləşdiyini təsdiqləyib. “Səbəb əsas şəbəkənin işini təmin edən əsas daxili proqram təminatı xidmətlərində yaranan problem olub”, -deyə o şərh edib.

Şirkətin sahibi, milyarder İlon Mask üzr istəyərək “bu, bir daha təkrarlanmayacaq” -deyə vəd edib.

AzPost.az

Paylaş

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
111
1
azpost.info

2Mənbələr