AZ

Hindistanlı diplomat bir neçə jurnalistlə tanışlıq görüşü keçirib

ain.az, Xalqcebhesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dünən Hindistanın Azərbaycandakı səfirliyinin ikinci katibi cənab Srinivasa Rao Javvadi bir neçə jurnalistlə tanışlıq görüşü keçirib.

Yanvar ayından burada olduğunu deyən diplomat Bakıya valeh olduğunu qeyd edib. Cənab Javvadi yerli əhalinin çox mehriban, səmimi, üzügülər və qonaqpərvər olduğundan da bəhs edib.

Qeyd edib ki, Bakının tarixi, görməli yerləri ilə hələ tanış olmayıb. Yalnız Atəşgah-da olub. Azərbaycanın bir neçə rayon adlarını çəkən diplomat burada olacağı müddətdə bütün Azərbaycanı gəzəcəyini deyib. Cənab

Srinivasa Rao Javvadi Azərbaycan mətbəxinə də valehliyini gizlətmədi. Azərbaycan dilində bir neçə söz öyrəndiyini deyən diplomat bu istiqamətdə çalışacağını da deyib.

Daha sonra ölkələrimiz arasındakı xoş münasibətlərdən, xalqlarımız arasındakı dostluqdan bəhs edib. Səfirliyin bu münasibətləri daha da möhkəmləndirəcəyinə çalışacağını vurğulayıb.

Qeyd edək ki, cənab Srinivasa Rao Javvadi cənab

Ajay Kumap Pandeyin yerinə təyin olunub.

Cavid

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
55
1
icma.az

2Mənbələr