AZ

Sabah ilə Araz Naxçıvan qələbə qazandı, Azərbaycanın mövqeyi... REYTİNQ

ain.az bildirir, Fanat portalına istinadən.

Avrokuboklarda 2-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub. 

Fanat.Az-ın məlumatına görə, ilk görüşlərdən sonra ölkələrin UEFA reytinqi yenilənib.Dünən də Azərbaycan klubları ölkənin əmsallar cədvəlindəki xal ehtiyatını artıra bilib. Buna Konfrans Liqasında mübarizə aparan "Araz-Naxçıvan"ın evdə "Aris"i (Yunanıstan) (2:1) və "Sabah"ın səfərdə "Petrokub"u (Moldova) yenməsi (2:0) şərait yaradıb. Beləliklə, ölkəmizin hesabına daha 0.500 (hərəyə 0.250) əmsal əlavə olunub. 

Beləliklə, cari mövsümün qazancı 1.000-ə çatıb. Hazırda ölkəmizin əmsalı 18.125-ə bərabərdir. Ancaq qitə sıralamasına 29-cu yerdə başlayan Azərbaycanın mövqeyi dəyişməz qalıb. 

Azərbaycanın üst pillədəki qonşusu Rusiyanın hesabında 18.225, 30-cu yerdə olan Bolqarıstanın isə 16.875 xalı var.

 55 ölkənin yer aldığı əmsallar cədvəlinə İngiltərə (90.839) başçılıq edir.  

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
48
fanat.az

1Mənbələr