AZ

HƏMAS Fransanın Fələstin dövlətini tanımaq qərarını alqışlayıb

HƏMAS Fransanın qərarını alqışladı və Avropa ölkələrini bu nümunəni izləməyə çağırdı...

Poliqon xəbər verir ki, radikal Fələstin təşkilatı HƏMAS Fransa prezidenti Emmanuel Makronun Fələstin Dövlətini tanımaq niyyətini alqışlayıb və bunu “doğru istiqamətdə atılmış müsbət addım” adlandırıb. Təşkilat digər Avropa ölkələrini də Fransanın nümunəsini izləməyə çağırıb.

HƏMAS-ın rəsmi bəyanatında qeyd olunur: “Bu qərarı uzun illərdir təzyiqlərə məruz qalan fələstinli xalqın öz müqəddəratını təyin etmək və müstəqil Fələstin Dövləti qurmaq hüququna verilən dəstək kimi qiymətləndiririk. Bu dövlətin paytaxtı isə İordan çayının qərb sahilində yerləşən və hazırda işğal altında olan ərazi də daxil olmaqla, Qüds olmalıdır”.

Təşkilat beynəlxalq ictimaiyyəti fələstinlilərin hüquqlarını tanımağa və bölgədə ədalətli sülhün bərqərar olması üçün konkret addımlar atmağa çağırıb.

Poliqon.info

Seçilən
25
poliqon.info

1Mənbələr