AZ

Alimlər insanı asanlıqla arıqladan unikal həb yaradıb

Bakı. Trend:

Uruqvaylı alimlər iştahı azaltmadan və fiziki fəaliyyət olmadanarıqlamağa kömək edən unikal SANA həbinin klinik sınaqlarınınbirinci mərhələsinin başa çatdığını bildiriblər.

Trend xəbərverir ki, tədqiqatın nəticələri "Nature Metabolism" jurnalında dərcolunub.

SANA — yağ hüceyrələrini kalori yandırmağa yönəldən və bunukreatin mübadiləsinin xüsusi yolunu aktivləşdirərək, həyata keçirəndünyada ilk həbdir. Ənənəvi arıqlama vasitələrindən fərqli olaraq,bu preparat iştahı azaltmır, əksinə, daxili istilik istehsalını(termogenezi) artırır — yağ hüceyrələri istirahət vəziyyətində belədaha çox enerji sərf etməyə başlayır.

Sınaqlarda 44 könüllü iştirak edib. İki həftə ərzində yüksəkdozalarda qəbul edilən dərman bədən çəkisini orta hesabla 3 faizazaldıb. Bu zaman əzələ toxuması zərər görməyib, qlükoza səviyyəsivə insulinə həssaslıq göstəriciləri isə yaxşılaşıb. Heç bir ciddiyan təsir və ya iştahda dəyişiklik müşahidə olunmayıb.

Növbəti mərhələdə preparat 2-ci tip diabet xəstələrinin iştirakıilə genişmiqyaslı sınaqlardan keçiriləcək. Bu mərhələyə 2025-ciilin sonunda start veriləcək.

Məqalədə:
Seçilən
109
az.trend.az

1Mənbələr