AzVision.az “The Jerusalem Post” qəzetinə istinadən xəbər verir ki, Yariv Levinin sözlərinə görə, İsrail ərazisi yəhudi xalqına məxsusdur və Makronun bəyanatı bu reallığı dəyişə bilməz.
“İsrailin suverenliyini Yəhudiyə, Samariya və İordaniya vadisinə şamil etməyin vaxtı çatıb”,- Levi vurğulayıb.
İyulun 24-də Emmanuel Makron sentyabrda keçiriləcək BMT Baş Assambleyasının iclasında Fransanın Fələstin Dövlətini rəsmən tanıyacağını açıqlayıb. Böyük Britaniyada isə Makronun Fələstinlə bağlı ölkənin baş naziri Kir Starmerə də təzyiq göstərdiyi açıqlanmışdı.
İyulun 6-da isə BRİKS qrupu Qəzza zolağının və İordan çayının qərb sahilindəki Fələstin ərazilərinin mərkəzləşdirilmiş idarəçiliyə malik vahid dövlətdə birləşməli olduğunu ehtiva edən bəyannamə yayıb.
Sənəddə Qəzzanın işğal olunmuş Fələstin ərazisinin ayrılmaz hissəsi olduğu qeyd edilir. Bəyannamədə həmçinin Fələstin xalqının öz müqəddəratını təyinetmə hüququ, o cümlədən müstəqil Fələstin dövləti yaratmaq hüququ təsdiqlənir.
Sahil İsgəndərov
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta