Bakı.Trend:
İndiyə qədər işğaldan azad olunmuş ərazilərdə yalnız Ağalısakinlərinə torpaq icarəyə verilib.
Bu barədə Trend-ə açıqlamasında Kənd Təsərrüfatı NazirliyininTorpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri Firidun Tağıyevdeyib.
Onun sözlərinə görə, Ağalı sakinləri torpaq icarəsi üçünmüraciət ediblər:
“Ümumilikdə 3 kooperativə torpaqlar təhkim olunub. Bunlar“Bərəkətli Torpaq”, “Zəfər” və "Barış" kooperativləridir. Müvafiqolaraq “Bərəkətli Torpaq” kooperativinə 25, “Zəfər” kooperativinətəxminən 17 hektar, “Barış” kooperativinə isə 10 hektar torpaqsahəsi icarəyə verilib”.
“Beş hektar torpaq isə Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunatəhkim olunub. Onlar Ağalıda nümayiş əkinləri həyata keçirərək,kənd sakinlərini təlimatlandıra biləcəklər”, - F.Tağıyev qeydedib.