AZ

Hansı şirkət daha çox sığorta haqqı yığıb? -RENKİNQ

2025-ci ilin yanvar-iyun aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən toplanan sığorta haqları 817 milyon 48 min manat təşkil edib. 

Valyuta.az xəbər verir ki, ötən ilin eyni dövründə sığorta şirkətləri ümumi 725 milyon 162 min manat sığorta haqqı toplayıb.

Beləliklə, illik müqayisədə sığorta şirkətlərinin topladığı sığorta haqları 91 milyon 886 min manat və ya 12,67% artıb. 

Açıqlanan nəticəyə görə, ən çox sığorta haqqı toplayan şirkət 390 milyon 813 min manatla “Paşa Həyat Sığorta” ASC olub. 

Ən az sığorta haqqı toplayan şirkət isə "İpək Yolu Sığorta" ASC olub. Belə ki, bu sığorta şirkəti sözügedən dövrdə 1 milyon 319 min manat sığorta haqqı toplaya bilib. 

Sərvanə Rəmixanova

Seçilən
33
valyuta.az

1Mənbələr