AZ

Həkimlər və nənələr arasında FİKİR AYRILIĞI – Körpəni bələmək hansı fəsadlara YOL AÇIR?

Körpəni bələmək qədimdən istifadə edilən üsullardan biridir. Bir çox insan düşünür ki, körpənin bələnməsi onun daha sakit yatmasına, qarın sancısının yüngülləşməsinə, bədəninin daha düzgün inkişafına, ayaqlarının düz olmasına imkan yaradır.

Ancaq bələyi tövsiyyə edənlərlə yanaşı, etməyənlər də var. Onlar isə deyirlər ki, əksinə, bələk körpənin hərəkətlərini qısıtlayır, onun reflekslərinin normal vaxtından daha gec inkişaf etməsinə səbəb olur.

Xüsusilə günümüzdə  bir çox gənc ana bələkdən imtina edir. Bu da onların yaşlı nəsillə fikir ayrılıqlarına səbəb olur.

Bəs görəsən, həkimlər nə düşünür?

Həqiqətən də bələk körpənin sakit yatması, o cümlədən, düzgün fizioloji inkişafı üçün önəmlidir

Bizim.Media-ya açıqlama verən pediatr Vaqif Qarayev vurğulayıb ki, bələyin körpənin ayaqlarının, onurğa sütununun düz olmasıyla bağlı əlaqəsi yoxdur.

“Dünyada bələyin əleyhinə çıxan bəzi tibb mütəxəssisləri özləri bələklə böyüyüb. Bələyin çatışmayan cəhətləri də var. O, uşağın əlini qolunu bağlanmasıdır. Bu da onların daim narahat olmasına, qan dövranının pozulmasına səbəb olur. 

Ancaq bədənin düzgün inkişafına, ayaqların düz olmasına maneə olacaq səbəb bələdikdən sonra da olacaq”.

Vaqif Qarayev bələyin bədəndəki hər hansı bir problemi aradan qaldırmadığıyla bağlı konkret arqument də gətirib.

“Raxit xəstəliyi son vaxtlar azalıb. 40 il öncə isə hər kəs bələkdən istifadə edirdi. Ancaq onda kifayət qədər ayaqlarda, döş qəfəsində, onurğa sütununda əyrilik olan uşaq var idi.  Bu da onu təsdiq edir ki,  sümük sisteminin əyilməsinə səbəb olacaq maneə varsa, o vaxtında aşkar olunmalıdır. Buna bələk təsir etmir”.

Nəzrin Mirzəyeva, Bizim.Media

Seçilən
66
bizim.media

1Mənbələr