AZ

"Yüksəliş"in qalibləri bu universitetin MƏZUNLARIDIR

Xəbər verdiyimiz kimi, “Yüksəliş” müsabiqəsinin beşinci mövsümünün qalibləri müəyyənləşib.Belə ki, final mərhələsində iştirak edən 124 namizəddən ən yüksək bal toplayan 20 nəfər qalib adını qazanıb.

Ümumiyyətlə, qaliblər arasında ən hansı universitetin məzunları yer alır?

Mövzu ilə bağlı AzEdu.az sorğu ünvanlayıb.

Sorğumuza cavab olaraq bildirilib ki, ümumilikdə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti üzrə 5 nəfər, Dövlət İdarəçilik Akademiyası və Azərbaycan Dövlət İqtisad Universiteti üzrə 4 nəfər qalib məzunlar var:

Kamran Ələsgərov- Azərbaycan Dövlət Neft və Sənaye Universitetində neft-qaz mühəndisliyi ixtisası üzrə bakalavriat, Xəzər Universitetində dəniz neft-qaz və qaz-kondensat yataqlarının işlənməsi ixtisası və “bp” şirkətinin dəstəyi ilə Böyük Britaniyanın Heriot-Vatt Universitetində (Heriot-Watt University) neft mühəndisliyi ixtisası üzrə magistratura təhsili alıb.

Fərid Mustafayev- Bakı Mühəndislik Universitetinin dünya iqtisadiyyatı ixtisası üzrə bakalavriat, Böyük Britaniyanın Mançester Universitetində (The University of Manchester) mühasibat uçotu və maliyyə ixtisası üzrə ikinci bakalavriat təhsilini alıb.

Kamran Sadıxlı- Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə ixtisası üzrə bakalavriat, biznesin təşkili və idarə edilməsi ixtisası üzrə magistratura təhsili alıb. 

İbrahim Məmmədov-Azərbaycan Dövlət İqtisad Universitetində biznesin təşkili və idarəedilməsi ixtisası üzrə bakalavriat, Bakı Mühəndislik Universitetində istehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi ixtisası üzrə magistratura təhsili alıb.

Məmməd Balacanov-Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında hüquqşünaslıq ixtisası üzrə bakalavriat, Bakı Dövlət Universitetində cinayət hüququ, cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası, Böyük Britaniyanın Kembric Universitetində (The University of Cambridge) hüquq ixtisasları üzrə magistratura təhsili alıb.

Məmməd Həsənov-ADA Universitetində iqtisadiyyat ixtisası üzrə bakalavriat təhsili alıb. 

Qoşqar Daşdiyev-Azərbaycan Dövlət Neft və Sənaye Universitetində menecment ixtisası üzrə bakalavriat təhsili alıb. Təhsilini ABŞ-nin Purdu Universitetində (Purdue University) menecment ixtisası üzrə magistratura pilləsində davam etdirir. 

Şəhriyar həsənverdiyev- Azərbaycan Dövlət İqtisad Universitetində beynəlxalq iqtisadi münasibətlər üzrə bakalavriat, Avstraliyanın Kvinslend Universitetində (The University of Queensland) beynəlxalq iqtisadiyyat və maliyyə ixtisası üzrə magistratura təhsili alıb.

Əli Kərimli- Türkiyənin İstanbul Texniki Universitetində mexanika mühəndisi ixtisası üzrə bakalavriat, ADA Universitetində biznesin təşkili və idarə edilməsi ixtisası üzrə magistratura, Azərbaycan Memarlıq və İnşaat Universitetində sahə iqtisadiyyatı ixtisası üzrə aspirantura/doktorantura təhsili alıb. 

Elnur Mirzəzadə- Azərbaycan Dövlət Neft və Sənaye Universitetində sistem mühəndisliyi ixtisası üzrə bakalavriat, süni intellekt ixtisası üzrə magistratura təhsili alıb.

Orxan Nağıyev-Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında menecment ixtisası üzrə bakalavriat, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində biznesin təşkili və idarə edilməsi ixtisası üzrə magistratura təhsili alıb.

Numrəddin Hüseynov-Azərbaycan Memarlıq və İnşaat Universitetində menecment ixtisası üzrə bakalavriat, Türkiyənin İstanbul Universitetində marketinq ixtisası üzrə magistratura təhsili alıb.

Mirqəni Hüseynli-Azərbaycan Dövlət Neft və Sənaye Universitetində neft-qaz mühəndisliyi ixtisası üzrə bakalavriat, Xəzər Universitetində neft və qaz yataqlarının işlənməsi ixtisası üzrə magistratura təhsili alıb.

Əliağa Ağayev- Macarıstanın Szeged Universitetində (University of Szeged) biznesin idarəolunmasında iqtisadiyyat ixtisası üzrə bakalavriat təhsili alıb.

Ramil Hüseynzadə- Azərbaycan Tibb Universitetində müalicə işi ixtisası üzrə bakalavriat təhsili alıb.

Toğrul Xəlilov- Azərbaycan Dövlət İqtisad Universitetində beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavriat təhsili alıb. 

Fatimə Eyyub- Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında hüquqşünaslıq ixtisası üzrə bakalavriat, ABŞ-nin Arizona Universitetində (The University of Arizona) beynəlxalq ticarət və biznes hüququ ixtisası üzrə magistratura təhsili alıb.

Elnur Məmmədli- Bakı Dövlət Universitetində kompüter elmləri ixtisası üzrə bakalavriat, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında biliklərin idarə olunması ixtisası üzrə magistratura, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi ixtisası üzrə aspirantura/doktorantura təhsili alıb.

Fərid Hüseynov- Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında beynəlxalq münasibətlər ixtisası üzrə bakalavriat, Azərbaycan Dövlət İqtisad Universitetində biznesin təşkili və idarə edilməsi ixtisası üzrə magistratura təhsili alıb.

İrşad Əsgərxanlı- Azərbaycan Dövlət Neft və Sənaye Universitetində gömrük ekspertizası ixtisası üzrə bakalavriat, biznesin təşkili və idarə edilməsi ixtisası üzrə magistratura təhsili alıb.

Seçilən
56
1
azedu.az

2Mənbələr