"Kristal Pelas"ın hücumçusu Cessi Derri karyerasını "Çelsi"də davam etdirəcək.
Operativ Media xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano "X" sosial şəbəkəsində məlumat verib.
Mənbənin məlumatına görə, tərəflər gələn həftə Almaniyada tibbi müayinədən keçəcək 18 yaşlı ingilisin transferi ilə bağlı razılığa gəliblər.
2024/25 mövsümündə Derri bütün yarışlarda 20 oyun keçirib, 9 qol vurub və 2 məhsuldar ötürmə edib.