AZ

Ukrayna tankları göründü: Müharibə aparan iki Asiya dövlətinin sərhədində

Tailand-Kamboca sərhədində Ukraynaya məxsus “T-84 Oplot” tankları aşkar edilib.

Publika.az xəbər verir ki, bu barədə “Defense blog” nəşri məlumat yayıb. Nəşr qeyd edir ki, Tailand qonşu dövlətin hərbçilərinin mövqelərinə hücum zamanı Kamboca ilə sərhəddə Ukrayna tanklarından istifadə edib.

"Yerli media və Tailanddakı hərbi müşahidəçilər kral ordusunun sərhəd bölgəsində Kamboca hərbi mövqelərinə hücum zamanı tanklardan istifadə etdiyini bildirir", - deyə məlumatda bildirilir.

Həmçinin bildirilir ki, Tailand ordusu hələ 2011-ci ildə Ukrayna tankları alıb. Ümumilikdə kral ordusunda 49 belə döyüş maşını var.

Xatırladaq ki, Tailand ilə Kamboca arasında uzun müddətdir davam edən sərhəd münaqişəsi iyulun 24-də səhər saatlarında alovlanıb.

Seçilən
51
publika.az

1Mənbələr