AZ

“Liverpul” aldı, PSJ də qazandı

“Liverpul”un Almaniyanın “Ayntraxt” klubundan Huqo Ekitikeni transfer etməsi Fransa təmsilçisi PSJ-yə 12,5 milyon avro qazandırıb.

Futbolpress.az xəbər verir ki, bu barədə “Le Parisien” nəşri məlumat yayıb.

Ekitike 2024-cü ildə 16,5 milyon avro qarşılığında PSJ-dən “Ayntraxt”a keçib. Futbolçunun transferi zamanı növbəti satışdan 20 faizlik payın Paris klubuna ödənməsi bəndi razılaşdırılıb. “Liverpul” oyunçu üçün isə “Ayntraxt”a 79 milyon avro ödəyib və məbləği 12,5 milyon avrosu PSJ-yə çatacaq.

Mersisayd klubu fransalı hücumçu ilə 6 illik müqavilə imzalayıb.

Seçilən
101
futbolpress.az

1Mənbələr