AZ

AK baş katibi Çinlə əlaqələrin qırılma nıqtəsində olduğunu söyləyib

Bizimyol saytından verilən məlumata görə, ain.az xəbər verir.

Avropa Komissiyasının (AK) sədri Ursula fon der Leyen Pekində keçirilən bir günlük sammitdə çinli həmkarı Si Jinpinqə deyib ki, Aİ-Çin münasibətləri "qırılma nöqtəsinə çatıb".

Bizimyol.info xəbər verir ki, von der Leyen, Avropa Birliyinin Çin ilə böyük ticarət kəsirinə toxunaraq: "Əməkdaşlığımız dərinləşdikcə, balanssızlıqlar da artır", - deyib.

O, həmçinin xəbərdarlıq edib ki, Çinin Rusiya ilə əlaqələri indi onun Aİ ilə münasibətlərində “müəyyənedici amildir”.

Si oz növbəsində, "Avropanın üzləşdiyi hazırkı çağırışların Çindən gəlmədiyini" söyləyərək, Aİ liderlərini "fərqləri düzgün idarə etməyə" çağırıb.

Bu ilin əvvəlində bəzi fərziyyələr var idi ki, Trampın prezidentliyi Aİ və Çinə ortaq dil tapmağa kömək edə bilər, lakin bunun əvəzində münasibətlər daha da gərginləşib.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
62
bizimyol.info

1Mənbələr