AZ

FİDE prezidenti bu ölkəyə buraxılmadı

Latviya Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti, rusiyalı Arkadi Dvorkoviçə ölkəyə giriş vizası verməyib.

Publika.az xəbər verir ki, bu barədə Latviya Xarici İşlər Nazirliyi sosial şəbəkələrdə məlumat yayıb.

Qeyd olunur ki, Latviya bundan əvvəl Dvorkoviçə Şengen vizası vermiş ölkələri öz qərarı ilə bağlı məlumatlandırıb.

53 yaşlı Arkadi Dvorkoviç bundan əvvəl Rusiya prezidentinin köməkçisi, “Rusiya Dəmir Yolları” QSC-nin direktorlar şurasının sədri, Rusiya Federasiyası baş nazirinin müavini vəzifələrində çalışıb. O, 2018-ci ildən FİDE-yə rəhbərlik edir.

Seçilən
21
publika.az

1Mənbələr