AZ

“Böyük Dəbilqə”: Balabəy Ağayevlə Turan Bayramov 1/4 finalda

Bu gün Monqolustanın paytaxtı Ulan-Batorda cüdo üzrə “Böyük Dəbilqə” turnirinə start verilib.

İdman.biz xəbər verir ki, Azərbaycan millisinin hər üç idmançısı ilk yarış günündə tatamiyə çıxıb.

Kişilər
60 kq

Balabəy Ağayev 1/8 finalda Mendsayxan Nyamsureni (Monqolustan) məğlub edib. O, ikinci görüşündə Hayato Kondo (Yaponiya) ilə güləşəcək.

Turan Bayramov da “Böyük Dəbilqə”yə qələbə ilə başlayıb. Sumiyabazar Enxtayvanı (Monqolustan) mübarizədən kənarlaşdıran təmsilçimiz 1/4 finalda Mehrzod Sufiyevlə (Tacikistan) ilə üz-üzə gələcək.

66 kq
Elşən Əsədov Cantsandorj Unurbat (Monqolustan), ardınca Boqdan Yadova (Ukrayna) qalib gəlsə də, 1/4 finalda Baurjan Narbayevə (Qazaxıstan) uduzub. O, təsəlliverici görüşdə Jihyuk Yanqla (Cənubi Koreya) qarşılaşacaq.

Qeyd edək ki, yarış 3 gün davam edəcək.

İdman.biz

Seçilən
83
idman.biz

1Mənbələr