AZ

Türkiyənin əhalisi 25 milyonadək azala bilər

Yazını böyüt
Yazını kiçilt

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın “Bu yaxşı əlamət deyil” sözləri ilə vurğuladığı doğuş nisbətinin azalması Türkiyə üçün həyəcan təbili çalır. 2023-cü ildə 1,48-ə düşən doğum nisbəti ölkənin gələcək demoqrafik göstəricilərinə dərindən təsir edəcək. Ailə və Sosial Xidmətlər Naziri Mahinur Özdəmir Göktaş xəbərdarlıq edib ki, aşağı doğum nisbəti davam edərsə, Türkiyə əhalisi 2100-cü ilə qədər kəskin şəkildə azalacaq.

Hafta.az-ın yazdığına görə, nazir Göktaş, TÜİK (Türkiyə Statistika Təşkilatı) və BMT-nin fərqli ssenarilərinə əsaslanaraq, Türkiyənin əhalisinin 2100-cü ilə qədər 25 ilə 54 milyon arasında azala biləcəyini açıqlayıb. Göktaş, 2023-cü ilə qədər Türkiyədə doğum nisbətinin əhalinin yenilənməsi üçün tələb olunan 2,1 faizdən xeyli aşağı düşdüyünü qeyd edərək, "2014-cü ildə bu nisbət 52 vilayətdə kritik həddən aşağı olduğu halda, indi 71 vilayətdə bu həddən aşağı düşüb" deyə xəbərdarlıq edib.

Sosial dəyişikliklərin də doğum nisbətinin azalmasına səbəb olduğu görünür. Nazir Göktaş analıq yaşının orta hesabla 29,3 yaşa yüksəldiyini, gənclərin gec evlənərək gec uşaq sahibi olduqlarını, ev təsərrüfatlarının sayının isə 4 nəfərdən 3 nəfərə düşdüyünü qeyd edib. Tək nəfərlik ev təsərrüfatlarının nisbəti 20 faizə çatıb.

Əhali böhranının sosial həlli yollarını inkişaf etdirməyə çalışan nazirlik UNİCEF-lə əməkdaşlıq çərçivəsində həyata keçirilən “Qonşu Ana” layihəsinə start verir. Bu modelə əsasən, uşaq baxımı üzrə təhsil almış qadınlar öz evlərində beşə qədər uşağa baxa biləcəklər. Bu sistem evdə işləyən valideynlər üçün təhlükəsiz və əlçatan uşaq baxımı alternativi yaratmaq məqsədi daşıyır. Prezident Ərdoğan daha əvvəl məsələ ilə bağlı "Əhalinin yenilənmə həddi olan 2,1-in altındayıq. Açığı, bu, Türkiyə üçün ekzistensial təhlükə və fəlakətdir" demişdi. Ərdoğan illərdir çağırdığı “ən azı üç uşaq” çağırışının indi daha yaxşı başa düşüldüyünü vurğulayıb.

Seçilən
67
hafta.az

1Mənbələr