AZ

Trampdan QƏRAR - USAID üçün ayrılan 7,9 milyard dollar geri qaytarıldı


ABŞ prezidenti Donald Tramp xarici yardım üçün dövlət xərclərini və ictimai yayımçı NPR və PBS üçün maliyyəni ümumilikdə 9 milyard dollar azaldacaq qanunu imzalayıb. Bu barədə Ağ Evin mətbuat xidmətinin yaydığı məlumatda deyilir. Buradan belə nəticə çıxır ki, Tramp ABŞ Konqresi tərəfindən daha əvvəl təsdiq edilmiş və “müəyyən dövlət xərclərinin ləğvi” ilə bağlı müddəaları özündə əks etdirən qanun layihəsini imzalayıb.

Sənədə əsasən, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) fəaliyyəti üçün Dövlət Departamentinə ayrılmış 7,9 milyard dollar, o cümlədən Amerika İctimai Yayım Korporasiyasına ayrılmış 1,1 milyard dollar federal büdcəyə qaytarılacaq. Bu məbləğ, demək olar ki, tamamilə korporasiyanın NPR və PBS-nin hökumət maliyyəsini aldığı iki illik büdcəsinə bərabərdir.

Mətləb

Seçilən
57
5
baki-xeber.com

10Mənbələr