Diametri 250 metr olan “2013 NK4” asteroidi iyulun 28-də Yer kürəsinin 6,6 milyon kilometrliyindən keçəcək.
Publika.az xəbər verir ki, bu barədə NASA məlumat yayıb.
Bildirilib ki, asteroid zərbə riski daşımır, lakin NASA bu cür obyektləri ölçülərinə və orbitinə görə "potensial təhlükəli asteroidlər (PHA)" kimi təsnif edir.
Alimlər xəbərdarlıq edirlər ki, bu böyüklükdə bir asteroid düşərsə, şəhər miqyasında dağıntılara və regional enerji partlayışlarına səbəb ola bilər. Potensial toqquşma hətta iqlim təsirlərinə səbəb ola bilər.