AZ

Xalq artisti Arif Babayev reanimasiyaya yerləşdirildi – Vəziyyəti ağırdır

Xalq artisti Arif Babayevin səhhəti ağırlaşıb.

Doğru.az xəbər verir ki, bu barədə Mərkəzi Klinik Xəstəxana Oxu.Az-ın sorğusuna cavab olaraq məlumat yayıb.

Bildirilib ki, A.Babayev iyulun 24-də axşam saatlarında xəstəxanaya yerləşdirilib.

“Vəziyyəti ciddi ağır olaraq qiymətləndirilir. Hazırda Reanimasiya şöbəsində müalicəsi davam etdirilir”, – məlumatda qeyd olunub.

Hazırda tanınmış sənətkarın səhhətinə nəzarət edən həkimlər onun durumu ilə bağlı əlavə məlumat verməyiblər.

DOĞRU.AZ

Seçilən
103
dogru.az

1Mənbələr