AZ

Türkiyədə meşə yanğınlarında 10 nəfər ölüb

Türkiyədə meşə yanğınları davam edir. Xüsusilə, ölkənin şimal-qərbindəki Eskişehir vilayətində vəziyyət ağırdır.

Operativ Media xəbər verir ki, bu barədə ölkənin Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Yanğınlar nəticəsində ən azı 10 nəfər həlak olub, daha 14 nəfər isə müxtəlif dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb.Bildirilib ki, küləyin istiqamətinin kəskin dəyişməsi səbəbindən yanğın qəfil güclənib.

Bundan əlavə, bölgədə temperaturun artması qeydə alınıb ki, bu da vəziyyəti daha da pisləşdirib və yanğının yayılmasını sürətləndirib. Təhlükəsizlik məqsədilə Türkiyə hakimiyyəti risk altında olan bir neçə kəndi boşaltmaq qərarına gəlib.

 

Gözəl Azadəliyeva

Seçilən
110
operativmedia.az

1Mənbələr