AZ

Azərbaycan komandası Avropa Universitetləri Futzal Çempionatının final mərhələsinə yüksəlib

Bakı. Trend:

Xorvatiyanın Zaqreb şəhərində tələbələr arasında AvropaUniversitetləri Futzal Çempionatı keçirilir.

Trend xəbərverir ki, oyunlarda ölkəmizi Azərbaycan Tələbə Liqasının2024/2025-ci illər mövsümünün qalibi Azərbaycan İdmanAkademiyasının komandası təmsil edir.

Azərbaycan komandası yarımfinal mərhələsində güclü İspaniyakomandasını 5:1 hesabı ilə məğlub edərək final mərhələsinəyüksəlib.

Qeyd edək ki, komandanın Avropa çempionatda iştirakı AzərbaycanTələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı,Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının, Elm və Təhsilİşçiləri Həmkarlar İttifaqının və Azərbaycan Həmkarlar İttifaqlarıİdman Təşkilatları Assosiasiyasının, Azərbaycan İdmanAkademiyasının dəstəyi ilə həyata keçirilir.

Seçilən
95
az.trend.az

1Mənbələr