AZ

Bankların xalis mənfəəti 6% azalıb

2025-ci ilin yanvar-iyun aylarında Azərbaycanda fəaliyyət göstərən bank sektoru 576,6 milyon manat xalis mənfəət əldə edib.

Valyuta.az xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 37,4 milyon manat və ya 6,1 faiz azdır.

Hesabat dövründə bankların əməliyyat gəlirləri 3 milyard 274,9 milyon manat təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 18,5 faiz, əməliyyat xərcləri isə 2 milyard 360,3 milyon manat olub ki, bu da 27,2 faiz artım deməkdir. 

Bankların əməliyyat mənfəəti isə 881 milyon manat təşkil edib. Bu, illik müqayisədə 5,5 milyon manat və ya 0,6 faiz çoxdur.

6 ay ərzində banklar 204,4 milyon manat xüsusi ehtiyatlara ayırma həyata keçirib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 19,3 faiz artım deməkdir.

Hesabat dövründə bank sektoru tərəfindən dövlət büdcəsinə 134,1 milyon manat məbləğində mənfəət vergisi ödənilib. Bu da əvvəlki ilə nisbətən 10 milyon manat və ya 8 faiz çoxdur.

Xatırladaq ki, 2024-cü ilin ilk yarısında bu göstərici 124,1 milyon manat təşkil etmişdi.

Seçilən
38
1
valyuta.az

2Mənbələr