AZ

Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisi 85% icra edilib (VİDEO)

Bakı.Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığınaəsasən, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyatakeçirilən mühüm infrastruktur layihələrindən biri olanToğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisi sürətlə davametdirilir. Layihənin ümumi uzunluğu 82 km təşkil edir.

Trend xəbərverir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyiməlumat yayıb.

Bildirilib ki, avtomobil yolu Göygöl və Kəlbəcər rayonlarınıbirləşdirir. Yolun Toğanalı-Kəlbəcər hissəsi 56 km, Kəlbəcər-İstisuhissəsi isə 26 km uzunluğundadır. Yolun 16-cı kilometrindənetibarən Murovdağ silsiləsi başlayır və burada yüksəklik 1 700metrdən başlayaraq 3 250 metrədək yüksəlir.

Bu ərazidə dünyanın ən uzun avtomobil tunellərindən biri olacaqMurovdağ tunelinin inşası aparılır. Ümumi uzunluğu 23 401.8 metrolan tunel iki gediş və iki gəliş olmaqla 4 hərəkət zolaqlı olacaq.Bundan əlavə, layihə çərçivəsində 561.2 m, 626.9 m, 500 m və 947.9m uzunluğunda daha 4 tunel də tikilir.

Murovdağ tuneli (Tunel №3) sol və sağ hissələrdən ibarətolmaqla, müvafiq olaraq 11 711.5 m və 11 690.3 m uzunluqdadır.Tuneldə ümumilikdə 18 160.3 metr uzunluğunda qazma və betonpüskürtmə işləri başa çatdırılıb. Tunelin sağ və sol hissələrinibirləşdirən 37 keçid tunelindən 36-sı inşa olunub, biri üzrə işlərdavam edir.

Digər tunellər üzrə işlərin vəziyyəti belədir:
• Tunel №1 (561.2 m), Tunel №2 (626.9 m), Tunel №4 (500 m) və Tunel№5 (947.9 m) üzrə qazma, püskürtmə və kəmər betonu işləritamamlanıb.

Prezidentin tapşırığına əsasən yol 2, 3 və 4 hərəkət zolaqlıolmaqla I, II və III texniki dərəcələrə uyğun şəkildə inşa edilir.Yolun əsas hissəsi II texniki dərəcəyə (2 hərəkət zolaqlı,yoxuşlarda əlavə zolaqlı), Murovdağ tuneli olan hissə isə I texnikidərəcəyə (4 hərəkət zolaqlı) uyğun tikilir.

Texniki dərəcələr üzrə yolun uzunluğu belədir:
• I dərəcəli – 14.2 km
• II dərəcəli – 34.8 km
• III dərəcəli – 33 km

Layihə çərçivəsində ümumi uzunluğu 2 968 metr olan 6 yol qovşağıvə 4 594 metr uzunluğunda 35 bağlantı yolun tikintisi də nəzərdətutulub.

Layihə boyu hazırda ərazi təmizlənməsi, bitki qatınınçıxarılması, qazma, dolğu və süni qurğuların inşası işləri görülür.Tamamlanmış hissələrdə yol əsasının tikintisi və asfalt-betonörtüyünün döşənməsi aparılır.

Yol geyimi işləri üzrə görülmüş işlərin həcmi:
• Hamarlayıcı lay – 56 km
• Əsasın alt layı – 38 km
• Əsas lay və üst qatı – hər biri 55 km
• Yol geyiminin alt qatı – 52 km

Tikinti çərçivəsində nəzərdə tutulan mühəndis qurğuları:
• 162 dairəvi boru (ümumilikdə 3 581 m)
• 119 düzbucaqlı boru (4 825 m)
• 1 heyvan keçidi (29 m)
• 14 U tipli süni qurğu (4 552 m)
• 2 598 m uzunluğunda trapez kanal
• 76 556 m² Geoerme divar
• 8 661 m istinad divarı
• 46 705 m daş divar (iksa/istinad)

İndiyədək görülən işlər:
• 147 dairəvi və 97 düzbucaqlı borunun,
• 1 heyvan keçidinin,
• 14 U tipli qurğunun,
• 32 475 m uzunluğunda daş divarın,
• 8 661 m istinad divarının,
• 1 057 m trapez kanalın,
• 77 743 m² Geoerme divarın inşası tamamlanıb.

Ümumilikdə layihə üzrə fiziki işlərin icra səviyyəsi 85%-əçatıb.

Qeyd edək ki, tikinti işləri Azərbaycan Avtomobil Yolları DövlətAgentliyinin rəhbərliyi və nəzarəti altında, “İnşaat Norma vəQaydaları”na uyğun şəkildə aparılır. Layihənin vaxtında vəkeyfiyyətli şəkildə başa çatdırılması üçün əraziyə kifayət qədərtexnika və canlı qüvvə cəlb olunub.

Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu Göygöl rayonununToğanalı kəndindən başlayaraq işğaldan azad edilmiş Kəlbəcərrayonunun ərazisindən keçir. Bu yol, rayon mərkəzi ilə yanaşı,bölgənin bir çox yaşayış məntəqələrinə və məşhur İstisu istirahətzonası istiqamətində rahat və təhlükəsiz nəqliyyat əlaqəsini təminedəcək.

Məqalədə:
Seçilən
62
19
az.trend.az

10Mənbələr