AZ

PKK/YPG terror təşkilatı 11 suriyalı əsgəri girov götürdü

Terror təşkilatı PKK/YPG-nin Suriyanın Hələb əyalətinin şimalında Suriya ordusunun 11 əsgərini saxladığı bildirilir.

Turkustan.az xəbər verir ki, Suriya təhlükəsizlik mənbələrindən alınan məlumata görə, Hələbin Mənbic rayonunun cənubunda yerləşən Deyr Hafir bölgəsində PKK/YPG terrorçuları yolunu azaraq nəzarət məntəqəsinə daxil olan 11 Suriya ordusu əsgərini saxlayıb.

Digər tərəfdən, Deyr Hafir çölündə Suriya ordusu ilə PKK/YPG arasında vaxtaşırı toqquşmalar baş verir.

Terror təşkilatı PKK/YPG ölkənin cənubundakı Süveyda vilayətində baş verən qarşıdurmalar zamanı işğal etdiyi Rakka vilayətindən terrorçuları və silahları Deyr Hafir xəttinə köçürüb.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
105
1
turkustan.az

2Mənbələr