AZ

Ödəniş kartlarının sayı 20 milyonu ötdü

Banklar və “Azərpoçt” MMC sistemləri üzrə iyun ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 181 min ədəd artaraq 20 milyon 642 min ədəd təşkil etmişdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 14.1% artmışdır. Ödəniş kartlarında debet kartlarının sayı 17.1% artmış, kredit kartlarının sayı isə 6.9% azalmışdır. Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərmişdir. Belə ki, ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 38.3% artmışdır. 2025-ci ilin iyun ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 8,438.7 mln. manat təşkil etmişdir. Həyata keçirilən nağdsız ödənişlərin 7,375 mln. manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1,058 mln. manatı POS-terminallar, 5 mln. manatı isə özünə xidmət terminalları və bankomatların vasitəsilə gerçəkləşdirilmişdir. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 67.1%-ni təşkil etmişdir. •Banklar və “Azərpoçt” MMC ödəniş xidməti şəbəkələri üzrə dinamik artım müşahidə olunur. Belə ki, keçən ilin iyun ayının sonu ilə müqayisədə bankomatların sayı 8.9%, POS-terminalların sayı 43% artmışdır

Seçilən
120
2
teleqraf.com

10Mənbələr