AZ

"Sumqayıt" Qəbələdə 4 yoxlama oyunu keçirəcək - Rəqiblər bilindi

"Sumqayıt" FK-nın Qəbələ toplanışı zamanı hazırlıq oyunlarındakı rəqibləri bəlli olub.

Operativ Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "kimyaçılar" iyulun 27-də və avqustun 7-də "Qəbələ", iyulun 31-də "Kəpəz", avqustun 3-də isə "Şamaxı" ilə qarşılaşacaq.

Oyunların başlama saatı ilə bağlı məlumat klubun rəsmi media hesablarında paylaşılacaq.

Seçilən
88
operativmedia.az

1Mənbələr