ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Tommi Piqott Vaşinqtonda mətbuat brifinqində Yaxın Şərqdəki hadisələrlə bağlı sualları cavablandırıb.
Publika.az xəbər verir ki, sözçü hazırda Süveyda bölgəsindəki qarşıdurmalara görə diqqət mərkəzində olan Suriyanın kritik dönüş nöqtəsində olduğunu bəyan edib.
"Suriya kritik bir dönüş nöqtəsindədir və Suriya hökumətinin növbəti addımlara rəhbərlik etməsini gözləyirik. ABŞ-ın Ankaradakı səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barak və dövlət katibi Marko Rubio günlərdir bütün tərəflərlə əlaqə saxlayıb və bu səylər davam edir”, - Piqott söyləyib.
Xatırladaq ki, iyulun 13-də Süveydada bədəvi və druz qrupları arasında silahlı toqquşma baş verib. Artan toqquşmalar atəşkəslə dayandırılıb. Lakin druz qüvvələri yenidən atəşkəsi pozub.