Almaniyanın "Volkswagen" şirkətinin xalis mənfəəti bu ilin ikinci rübündə illik müqayisədə 36,3% azalaraq 2,29 milyard avro təşkil edib.
Operativ Media xəbər verir ki, bu barədən konsernin bəyanatında deyilir.
Buna səbəb isə "Porsche" və "Audi" markalarının satışlarının azalması, həmçinin ABŞ-nin yeni tarifləri olub.
Hesabat dövründə əməliyyat mənfəəti 29% azalaraq 3,83 milyard avroya düşüb. Gəlir isə 3% azalaraq 80,6 milyard avroya enib.
Gözəl Azadəliyeva