Fransa millisinin dayaq yarımmüdafiəçisi Bubakar Kamara İngiltərənin “Aston Villa” klubu ilə yeni müqaviləyə imza atıb.
Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
25 yaşlı futbolçunun “Aston Villa” ilə yeni müqaviləsi 2030-cu ilin 30 iyununa qədər nəzərdə tutulub.
Əslən Seneqaldan olsa da, Fransada dünyaya göz açmış Bubakar Kamara Marsel “Olimpik”inin yetirməsidir. O, 2022-ci ildə Fransa klubundan azad agent kimi ayrılaraq “Aston Villa”ya keçmişdi. Tarımmüdafiəçi bu komandanın heyətində 97 oyunda meydana çıxaraq, 2 qol və 2 ötürmə ilə fərqlənib.
Bubakar Fransanın U-17, U-18, U-19, U-20 və U-21 yığmalarında oynadıqdan sonra 2022-ci ildə əsas millidə debüt edib. O, Fransa yığmasında 5 oyun keçirib.
“Transfermarkt” internet-portalı 25 yaşlı müdafiəçinin transfer dəyərini 40 milyon avro məbləğində qiymətləndirir.
