AZ

“Krokus” terrorçuları hücumdan əvvəl narkotik qəbul ediblər – ÖZƏL

"Krokus Siti Holl" konsert zalında törədilən terror aktının üç birbaşa icraçısı - Dalercon Mirzoyev, Muxammadsobir Fayzov və Saidokrami Rəcəbəlizadə hücumdan əvvəl qorxu hissini azaltmaq məqsədilə narkotik vasitə qəbul ediblər. Olaylar.az xəbər verir ki, bu barədə TASS agentliyi istintaq materiallarına istinadən məlumat yayıb.
Məlumatlara əsasən, cinayət törədiləcəyi yerə gedərkən Fayzov, Rəcəbəlizadə və Mirzoyev tərkibində mefedron olan, növü müəyyən edilməmiş narkotik maddə qəbul ediblər. Bundan sonra onlar silahlı hücumu həyata keçiriblər.
İstintaq materiallarında qeyd olunur ki, saxlanılan şəxslər ifadələrində hadisədən əvvəl onlara hansısa narkotik maddə olan maye verildiyini, onu içdikdən sonra isə halüsinasiyalar keçirdiklərini bildiriblər. Keçirilən məhkəmə-tibbi ekspertizalar nəticəsində Rəcəbəlizadə, Mirzoyev və Fayzovun qanında mefedron aşkarlanıb. Yeganə olaraq Şəmsiddin Fariduninin qanında narkotik maddə izlərinə rast gəlinməyib. O, dörd nəfərlik terrorçu qrupun yeganə üzvüdür ki, tam etirafedici ifadə verib və törətdiyi əməldən peşman olduğunu bildirib.
Hadisə üzrə 95 zərərçəkmişin maraqlarını təmsil edən vəkil İqor Trunov da bu məlumatı TASS-a təsdiqləyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
43
olaylar.az

1Mənbələr