Bu ilin yanvar-iyun aylarında Azərbaycanın qiymətli kağızlar bazarında 36 milyard 855,9 milyon manatlıq əməliyyat aparılıb.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 98 % və yaxud təxminən 2 dəfə çoxdur.
Yarımillik göstəricinin 3 072 milyon manatlıq hissəsi ilkin bazarda (28,2 % az), 33 milyard 783,9 milyon manatlıq hissəsi isə təkrar bazarda (2,4 dəfə çox) formalaşıb.
Hesabat dövründə qiymətli kağızlar bazarında 15 920 əqd bağlanılıb. Bu, illik müqayisədə 2,2 dəfə çoxdur. Əqdlərin 1 494-ü ilkin bazarın (26,4 % çox), 14 426-sı isə təkrar bazarın (2,3 dəfə çox) payına düşüb.